Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ" "Zirə" ilə yarışıb.
“İki sahil”in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunun 2-ci dəqiqəsində Mateus Silvanın qolu ilə ağdamlılar hesabı açıb.
52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Yassin Benzia “Qarabağ”ın üstünlüyünü iki, 59-cu dəqiqədə isə Bəhlul Mustafazadə üç topa yüksəldib. Bu nəticə ilə kifayətlənməyən ağdamlılar Aleksey Kaşukın 68-i dəqiqədə vurduğu qolla qələbəni rəsmiləşdirib – 4-0.
Misli Premyer Liqası,
13-cü tur
10 noyabr
19:00. “Qarabağ” 4–0 “Zirə”
Qollar: Mateus Silva, 2 (1-0), Yassin Benzia, 52 - pen. (2-0), Bəhlul Mustafazadə, 59 (3-0), Aleksey Kaşuk, 68 (4-0)
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”