11 noyabr 2024 12:36
234

Beynəlxalq ictimaiyyət Bakıda keçirilən müzakirələrdən maksimum nəticə gözləyir- EKSKLÜZİV

İqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda toplaşıblar.
Beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir.

Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında COP29-da iştirak edən  Misir İnkişaf və İnnovasiya üçün Xəyal təməli  ( Egypt the Dream foundation for Development and Innovation) Tədqiqat Fondunun nümayəndəsi  Allen Egon Cholakian  bildirib.

COP29-la əlaqədar yaradılmış pavilyonların və ümumi təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran qonaq əlavə edib ki, Azərbaycan ev sahibi vəzifəsini çox yaxşı yerinə yetirib .Azərbaycanın gələcəkdə də bu kimi qlobal tədbirləri uğurla keçirəcəyinə inanıram.

Yaqut Ağaşahqızı,
"İki sahil "