Portuqaliyanın "Sportinq" komandasının yeni baş məşqçisi bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırkı ölkə çempionu Joau Pereyraya tapşırılıb. O, bu postda Ruben Amorimi əvəzləyib.
Qeyd edək ki, Ruben Amorim İngiltərə təmsilçisi "Mançester Yunayted"in baş məşqçisi olub. Joau Pereyra daha əvvəl "Sportinq"in əvəzedicilərdən ibarət komandasında işləyib.