Noyabrın 2-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 156 min 747,51 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-də 2433,35 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 22107 ton məhsul təhvil veriblər. Biləsuvarda 19587,87 ton, Bərdədə 15532,49 ton pambıq tədarük edilib.