Federal Ehtiyat Sisteminin yeni rəhbərinin adı açıqlanıb.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp FED-in prezidentliyə nazmizədləri arasında Cerom Pauella dəstək verib. Namizədlər arasında Canet Yellen və iqtisadçı Con Teylor da olub.
"Wall Street Journal" nəşrinin açıqlamasına görə, FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında sona çatacaq. FED-in İdarəedicilər Şurasının üzvü olan C. Pauell prezidentliyə ən güclü namizəd idi.
Jurnalın yazdığına görə, rəsmi Ağ ev və D.Tramp FED-in yeni rəhbərinin adını öz səhifəsində paylaşacağını demişdir.