Xoşbəxtliyi hiss etməyi istisnasız hər kəs istəyir. Lakin bunu yalnız bəziləri bacarır.
Biz fikirləşirik ki, həyatdan zövq almaq üçün nəyəsə layiq olmalıyıq, nələri isə əldə etməliyik. Elə məsələ də burasındadır ki, xoşbəxt olmaq üçün nəyəsə layiq olmalıyıq, arzulananları əldə etməliyik. Bütün bunlardan əlavə xoşbəxtliyi həqiqi mənada qəbul etməyi bacarmalıyıq. Öz beyninizdə psixoloji bloklar edin - qorxuya, şübhələrə, inancsızlığa, komplekslərə və ən əsası da, özünüzü hər bir şeydə günahkar hiss etməyinizə. Bəs necə xoşbəxt ola bilərik?
Xoşbəxtliyi kimdəsə, nədəsə axtarmaqdan əl çəkin
Məhz belə etdikdə siz həyatınızda baş verənlərin məsuliyyətini öz üzərinizdən atmış olacaqsınız. Fikirləşirsiniz ki, sizi ancaq yaxınlarınız və onların sizə qarşı olan münasibətləri xoşbəxt edə bilər: həyat yoldaşının diqqəti, yaxşı qiymətləndirmə, uşaqların sözə qulaq asması, rəfiqələrinizin və valideynlərinizin sizi anlamaları? Bəli bunların hamısı təbii ki, dəyərli və mütləqdir. Yox, əgər belə mühitdə siz müsbət emosiyalar hiss etməyəcəksinizsə deməli qohumlarınızın və yaxınlarınızın sizə olan münasibəti pis bir tamaşanın yalnız və yalnız dekorasiyası deməkdir. Başa düşün ki, özünüzdən başqa heç kəs sizin yerinizə əhval - ruhiyyəyə cavab verə bilməz.
Səhvləri bağışlamağı bacarın
"Mən sənin xətrinə dəydim, lakin sən mənə qarşı mehribansan. Dəyməz" - bu və ya digər zamanlarda hər birimiz bir dəfə də olsa özümüzə və ətrafdakılara belə düşünmək imkanı vermişik: mən xoşbəxtliyə layiq deyiləm, çünki səhvə yol vermişəm. Bəs heç fikirləşmirsinizmi ki, həyatda tamamilə səhvsiz yaşamaq olmaz? Bu, nəfəs almaq qədər təbiidir.
Bir vaxtlar kiməsə güzəştə getdiyimizə və ya kimisə incitdiyinizə görə, etdiyiniz səhvi özünüzə bağışlamağı bacarın. Həyatda hər şey ideal ola bilməz və məhz bu hiss sizə özünüzü xoşbəxt hiss etməyə icazə verəcək.
Fikirləşməyin ki, xoşbəxtliyə layiq olmaq lazımdır
Neçə dəfə təkrarlamısınız: "Bu işi qurtarım və rahat nəfəs alım?" Deməli, müəyyən nəticəyə çatmaq üçün siz özünüzlə və ərtaf mühitlə harmoniyada olamaq hüququna layiq deyilsiniz? Və ya evi yığışdırmısınızsa, dadlı yemək bişirmisinizsə və ya illik hesabatı tez etmisinizsə deyə xoşbəxt olursunuz? Bu, düzgün yanaşma deyil. Xoşbəxtlik hissi heçdə qazandan, makarondan, süpürgədən və ofis kompyuterindən asılı deyil. Xoşbəxtliyi axtarmağa çalışmayın, onu yaşayın.
Xoşbəxtliyi yüksəklərdə axtarmayın
Ona görə ki, həyatdan zövq almağın sirri xoşagələn xırdalıqları görə bilmək bacarığıdır. Dünyanın ən xoşbəxt insanı olmaq üçün milyon tapmaq bir o qədər də mütləq deyil. Uzun ayrılıqdan sonra evə qayıdarkən övladınızın üzündəki gülüşü, ananızın gözündəki sevinci görmək ən böyük xoşbəxtliklərdən biridir. Məhz belə sadə və diqqət yetirmədiyimiz xırdalıqlar bizə nə qədər xoşbəxt olduğumuzu başa düşməyə imkan verir. Rahatlaşın - gözünüz yüksəkliklərdə olmasın, əldə etdiklərinizə şükür edin.
Əlbəttə ki, bir gündə bütün psixoloji maneələri aşmaq mümkün deyil. Bir çoxları bunu özü sərbəst edə bilmir, buna görə də belə insanlar mütəxəssisə müraciət etməlidir. Burada utanmalı heç bir şey yoxdur: həyat bizə ona görə verilib ki, biz xoşbəxt olaq. Ona görə də hər şeyi bir kənara qoyub yaşamaq lazımdır.
Könül Əliyeva, “İki sahil”