13 noyabr 2024 04:04
227

Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Moldovada dəmir yolunun Şimal-Cənub dəhlizinin marşrutu üzrə 375 km-lik hissəsinin yenidən qurulmasına 32 milyon avro sərmayə qoyacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Kişinyovdakı Nümayəndəliyi məlumat yayıb.

Layihənin həyata keçirilməsi üçün Moldova Dəmir Yolları tenderdə qalib gələn və nəzarət üçün dəstək xidmətləri göstərəcək “Obermeyer Hellas” (Yunanıstan) və “DB Engineering & Consulting” (Almaniya) şirkətləri ilə müqavilə imzalayıb.

Bu, Aİ-nin “Həmrəylik dəhlizləri” təşəbbüsünün bir hissəsidir və Rumıniya, Ukrayna və Moldova arasında malların ixracını, idxalını və tranzitini artırmaq məqsədi daşıyır.