01 noyabr 2017 23:44
856

Daha güclü "Porsche 911 Turbo"

Almanların "Gemballa" tüninq atelyesi "SEMA" tüninq şousu üçün yeni layihə hazırlayıb.

Söhbət "Porsche 911 Turbo-GT Concept" modelindən gedir.

Tüninqdən sonra kupenin kuzovu daha aerodinamikdir. Kapotun altına yerləşdirilən aqreqat 828 at gücü hasil edir.

3.8 litrlik tvin-turbo mühərrik 540 at gücü hasil edirdi. Mühəndislər mühərrikə əl gəzdirdilər və əlavələr etdilər. Nəticədə at gücü 828-ə çıxdı. Bundan başqa yerindən 100 km/saat sürəti isə cəmi 2.4 saniyəyə yığır.