13 noyabr 2024 17:44
208

Hindistan təmsilçisi: COP29-da yaradılan şərait danışıqlar üçün çox əlverişlidir

COP29-da aparılan müzakirələr iqlim dəyişikliyi ilə mübarizədə faydalı nəticəyə zəmin yaradacaq.

“İki sahil” xəbər verir ki, bunu Hindistanın COP üzrə danışıqçısı Manjeev Sinqh Puri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29-da yaradılan şərait danışıqlar üçün çox əlverişlidir:

"Bu sahədəki uzunmüddətli təcrübəyə dayanaraq deyə bilərəm ki, Azərbaycan COP29-u mükəmməl şəkildə təşkil edib. Yaradılan şərait danışıqlar üçün çox əlverişlidir.

Azərbaycan böyük diplomatik təcrübəyə, dünyanı və baş verənləri anlamaq qabiliyyətinə malik dövlətdir. Hesab edirəm ki, COP29 zamanı müzakirə ediləcək məsələlər iqlim dəyişikliyi ilə mübarizədə faydalı nəticəyə zəmin yaradacaq".