13 noyabr 2024 19:33
195

Baydenin müşaviri: Ağ Evin yeni administrasiyası nüvə enerjisinin dinc məqsədlərlə inkişafını davam etdirə bilər

Donald Trampın hakimiyyətə gəlişi ABŞ-nin 2050-ci ilə qədər nüvə energetikasının gücünü üç dəfə artırmaq planından imtina etməsinə səbəb olmayacaq.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən COP29 iqlim konfransında ABŞ Prezidenti Cozef Baydenin iqlim məsələləri üzrə müşaviri Əli Zaidi bildirib.

"Xatırladım ki, demokrat və respublikaçı prezident administrasiyaları dinc məqsədli atom sahəsini inkişafı üçün əvvəllər də əməkdaşlıq edib", - o qeyd edib.