13 noyabr 2024 23:08
231

Dünyanın ən yaşlı futbolçusu yeni klubu ilə müqavilə bağlayacaq

Dünyanın ən yaşlı oyunçusu olan yaponiyalı Kadzuesi Miura futbolçu karyerasının 40-cı ilində yeni klubla müqavilə bağlayacaq.

“İki sahil” xəbər verir ki, 57 yaşlı hücumçu yeni mövsümdən etibarən ölkəsinin "Atletico Suzuka" kollektivinin formasını geyinəcək.

1990-cı ildən 2000-ci ilə qədər yığmanın şərəfini qoruyan K.Miura 55 qola imza atıb. O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma geyinib.