14 noyabr 2024 00:27
253

"Sabah" FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.

“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.

"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.