12 iyun 2018 00:00
1214

Yeni yeraltı qaz kəməri tikiləcək

Pakistan və Rusiya planlaşdırılmış yeraltı qaz kəmərinin texniki-iqtisadi əsaslandırması üzrə Anlaşma Memorandumunu tamamlayıblar.

Yeraltı qaz kəməri layihəsini faktiki olaraq, dörd ölkə- Pakistan, Rusiya, İran və Hindistan həyata keçirəcək.

Layihə üzrə müzakirələrə ötən ildən başlanılıb.

“Anlaşma Memorandum layihənin reallaşdırılmasına dəstək göstərilməsi məqsədi daşıyır. Texniki-iqtisadi əsaslandırma tərəflərin gələcək qərarları üçün vacibdir. Xüsusilə Rusiya Pakistanla münasibətləri möhkəmləndirmək, enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır”,-deyə Pakistanın xarici işlər idarəsinin sözçüsü Muhammad Faisal bildirib.

“Dawn” informasiya agentliyi xəbər verir ki, Rusiya və Pakistan indiyədək birlikdə enerji sahəsində müxtəlif layihələr reallaşdırıblar. Buraya Şimal-Cənub Qaz Kəmərinin tikintisi, Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalı və bir neçə zavodun tikintisi daxildir.