14 noyabr 2024 11:13
93

Dünya Bankı iqlim dəyişikliyinin maliyyə sektoruna təsirini sistematik olaraq təhlil edir

Dünya Bankı iqlim dəyişikliyinin maliyyə sektoruna necə təsir etdiyini sistematik olaraq təhlil edir.

“İki sahil” xəbər verir ki, bunu Bankın davamlı İnkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Dünya Bankı bunu təkbaşına edə bilməz. Hamımız birlikdə işləməliyik. Rəqabət aparmaqdansa prioritetlərimizlə bağlı razılığa gəlməliyik. Bəzən bir-birinə uyğun gəlməyən müxtəlif işlər görülür", - deyə o qeyd edib.