Bu nə avtomobil, nə də ki motosikletdir, bu, yeni çıxmış uşaq çarpayısıdır. Ən aktiv uşaqları belə sakitləşdirməyi bacaran bu çarpayı “Ford" avtomobil şirkəti tərəfindən hazırlanıb. Körpələrin çoxu maşında yatmağı xoşlayırlar deyə, şirkət onlara özlərini maşında hiss etdirəcək çarpayı hazırlayıb. Bu yeni çarpayını smartfon vasitəsilə uzaq məsafədən idarə etmək və taymerə qoşmaq mümkündür.
“Max Motor Dreams cot" adlı çarpayı yüksək keyfiyyəti, fərqli dizaynı və təhlükəsizliyi baxımından digərlərindən fərqlənir. Söndürülmüş vəziyyətdə o adi bir uşaq çarpayısıdır. Çarpayının sistemi bir cüt çox da böyük olmayan lityum-ion batareyaları vasitəsilə enerji toplayır.