01 noyabr 2017 14:09
840

Səkkiz milyonluq “çəkmə”

Qızıl çəkmə,  bu, fəslin yeni trendi deyil. Bu, gömrük işçilərinin sərgüzəştidir. Belə ki,  Çin vətəndaşı Rusiyadan 8 milyon dəyərində qızıl aparmaq istəyən zaman gömrük əməkdaşları tərəfindən saxlanılıb. Maraqlısı ondadır ki, dəyərli metal onun ayaqqabısından tapılıb.

Verilən məlumata görə, Çin vətəndaşı gömrüyü keçmək istədiyi zaman çəkməsinin boğazında təxminən 4 kiloqrama yaxın qızıl gizlədib.

Həmin şəxs tutularaq müvafiq orqanlara təhvil verilib və “qaçaq mal" maddəsi üzrə cinayət işi açılıb.