Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişini imzalayıb.
“İki sahil” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, sazişi SOCAR prezidenti Rövşən Nəcəf və JBIC-nin rəhbəri Nobumitsu Hayaşi imzalayıblar.
“N. Hayaşi ilə keçirilən görüşdə müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və enerji sektorunda dayanıqlılıq, dekarbonizasiya və innovasiya sahəsində təşəbbüslərin irəli aparılmasına yönəlib. Görüşün mühüm nəticəsi olaraq, ekoloji cəhətdən məsuliyyətli enerji həllərinə dəstək vermək öhdəliyimizi vurğulayan Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb”, - deyə R.Nəcəf qeyd edib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR