Amerika Birləşmiş Ştatlarının Arizona ştatında evlərini təmir etdirən cütlük gözlənilməz sürprizlə qarşılaşıblar.
Mətbəx hissəsinin təmiri vaxtı söküntü aparılarkən evdən seyf tapılıb. Dərhal seyfi açan cütlük orada xeyli 100 dollarlıq əskinazlar və kitab aşkarlayıblar.
Tapılan pulun məbləği açıqlanmasa da onun kifayət qədər yüksək məbləğ olduğu bildirilib.
Başına taleh quşu qonan cütlük tapdıqları məbləğlə evin təmir problemlərini həll edəcəklərini və yeni iş quracaqlarını bəyan ediblər.