17 noyabr 2024 12:50
184

Qazaxıstanda qaz kəmərində partlayış nəticəsində 3 nəfər ölüb

Qazaxıstanın Akmola vilayətində keçmiş məsciddə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

“İki sahil” Qazaxıstan mediasına istinadla xəbər verir ki, ərazidə dəfn mərasimi keçirilən zaman qaz kəmərində partlayış baş verib.

“Nəticədə 1978-ci il təvəllüdlü kişi ölüb. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü qadının və 2012-ci il təvəllüdlü uşağın cəsədlərini tapıblar”, - deyə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bütün zərərçəkənlər təcili tibbi yardım briqadaları tərəfindən Astana şəhər xəstəxanasına çatdırılıb. Hadisə yerində 30-a yaxın xilasedici və beş xüsusi texnika işləyir. Dağıntıların təmizlənməsi prosesi davam edir.

İnsidentin səbəbini müəyyən etmək üçün Akmola vilayətinin prokurorluğu və Astana Fövqəladə Hallar İdarəsinin tədqiqat-sınaq yanğın laboratoriyası tərəfindən təhqiqat aparılır.