01 noyabr 2017 01:24
1000

İnanılmaz hadisə - Qadının burnunda diş çıxdı

57 yaşlı qadının burnunda diş çıxdı. İnanılmaz hadisə Çinin Çanşa şəhərinə qeydə alınıb. Məlumata görə, son zamanlar qadının burnundan tez-tez qan gəlirmiş. O, bunun burnunda rinit (selikli qişanın soyuqlaması) xəstəliyi ilə əlaqəli olduğunu düşünüb. Lakin həkimlər müayinə zamanı qadının burnunun sağ deşiyində yad cisim müəyyən ediblər. Əvvəl onlar həmin yad cismin daş olduğunu zənn ediblər. Və dərhal qadını əməliyyat etmək qərarına gəliblər. Elə işin əsli də əməliyyat zamanı ortaya çıxıb. Əməliyyat apararkən məlum olub ki, çinli xanımın burnunun içində diş çıxıb. Diş çıxarıldıqdan sonra onun burnundakı qanaxma kəsilib, şikayətləndiyi şişkinlik də aradan qalxıb.