17 noyabr 2024 18:36
184

İtaliyanın iki regionunda yerli seçkilər keçirilir

İtaliyanın Emilia-Romanya və Umbria bölgələrində regional seçkilər keçirilir.

“İki sahil” xəbər verir ki, iki regionda təxminən 4,3 milyon seçici yerli idarəetmə orqanlarının rəhbərlərini müəyyən etmək üçün səs verəcək. Səsvermə prosesi noyabrın 17-si və 18-ni əhatə edəcək.

Səsvermə nəticəsində Emilia-Romanyada 330 bələdiyyə, Umbriada isə 92 bələdiyyə üzrə sədrlər və üzvləri müəyyən olunacaq.