19 noyabr 2024 08:13
156

London və Yeni Dehli danışıqları bərpa edir

Böyük Britaniya və Hindistan azad ticarət razılaşmasına nail olmaq üçün danışıqları bərpa edir.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

Sənəddə qeyd olunub ki, Böyük Britaniya Hindistanla yeni strateji tərəfdaşlığa, o cümlədən ticarət sazişinə, eləcə də təhlükəsizlik, təhsil, texnologiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığı genişləndirməyə sadiqdir.

Qeyd edək ki, hər iki dövlətdə seçki dövrünün başlaması ilə əlaqədar danışıqlar səkkiz ay əvvəl dayandırılmışdı. Danışıqların bərpası noyabr ayına planlaşdırılırdı. İki ölkə arasında illik ticarət dövriyyəsi 50 milyard dolları ötür ki, bunun da 21 milyard dolları Britaniya ixracının payına düşür.