19 noyabr 2024 08:58
165

"The Times of Israel": Şin Betin direktoru Türkiyəyə gedib

İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşmək üçün Türkiyəyə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Kəşfiyyat xidmətlərinin rəhbərləri Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası səylərini və Ankaranın bu işdə köməklik göstərməsi imkanlarını müzakirə ediblər.

Daha əvvəl adı açıqlanmayan ərəb rəsmisi “The Times of Israel”ə bildirib ki, Fələstinin “HƏMAS” hərəkatı rəhbərliyinin nümayəndələri hazırda Türkiyədədir.