19 noyabr 2024 23:42
178

Uzaqmənzilli raketlərdən istifadəyə gəlincə...

Ukrayna uzaqmənzilli silahlardan istifadəyə icazə alıb. İndi Rusiyanın hərbi potensialının azaldılması istiqamətində işlər aparılacaq.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Danimarkanın Baş naziri Mette Frederiksenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə saxlayıb.

“Prezidentlər arasında yalnız birbaşa əlaqələrə üstünlük verirəm, komandaya gəldikdə isə onların öz əlaqələri var, mən hazırda mediada qeyri-rəsmi məlumatları qəbul etmirəm”, - deyə Prezident qeyd edib.

Dövlət başçısı, həmçinin Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə etmək icazəsi aldığını təsdiqləyib. “Uzaqmənzilli raketlərdən istifadəyə gəlincə, biz çalışırıq ki, bütün ölkələr bu qərarı dəstəkləsin. Rusiyanın nüvə silahı ilə bağlı mövqeyindən sonra Almaniyanın da müvafiq qərarları dəstəkləmək vaxtıdır. Bu qərarlardan sonra Rusiyanın hərbi potensialını azalda biləcəyimiz imkanlarının sayını artıra bilərik”, - deyə Zelenski bildirib.