19 noyabr 2024 23:46
176

Argentina BMT-nin sülhməramlı missiyasından hərbçilərini geri çağırıb

Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından dörd hərbçisini geri çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Jan-Pyer Lakrua jurnalistlər üçün brifinqdə bildirib.

"Belə bir qərar qəbul etmək hər bir üzv dövlətin səlahiyyətindədir", - o, deyibş

Qeyd edək ki, Argentina donor ölkələr arasında sülhməramlı missiyadan hərbçilərini geri çağıran ilk ölkə olub. Bu qərar İsrailin Livandakı əməliyyatı fonunda qəbul edilib.