Hələ ki şanslı oyunçunu tapmaq mümkün olmayıb
Kanadada keçirilən “Lotto Max” milli lotereya oyununda növbəti qalibin adı məlum olsa da, özünü tapmaq mümkün olmayıb.
ATV.az lotereya oyunun təşkil edən “Atlantik Lotteri” assosasiyasının saytına istinadən bildirir ki, Kvebek ştatının sakini 15 milyon Kanada dolları udub. Lakin təxminən 11,6 milyon ABŞ dolları həcmində olan pul mükafatını götürmək üçün hələlik heç kim müraciət etməyib. Təşkilatçılar hazırda biletin Kvebekin hansı şəhərinə satıldığını araşdırır. Qaydalara əsasən, uduş sahibi lotereyanı təşkilatçılara təqdim etməli və qalibin adı ictimaiyyətə açıqlanmalıdır.