21 noyabr 2024 16:22
239

COP29-da qəbul ediləcək qərarları biz afrikalılar səbirsizliklə gözləyirik - Abdoulsamad Said Arreh

COP29 iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı problemləri həll etmək yolunda maliyyənin ayrılması üçün böyük fürsətdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Şərqi Afrikalı nümayəndə söyləyib.

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən  Abdoulsamad Said Arreh Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

Şərqi Afrikalı nümayəndə qeyd edib ki,COP29-da veriləcək qərarlar nəticəsində ölkələr regionda qısamüddətli deyil, həm də davamlı və uzunmüddətli təsir göstərə biləcək layihələr üçün zəruri maliyyəni əldə edəcəklər: “COP29-da veriləcək bir neçə vacib qərar var ki, bunu biz afrikalılar səbirsizliklə gözləyirik. Bizə Azərbaycan, İngiltərə və digər böyük ölkələrin kömək etməsini gözləyirik. Reallıq budur ki, iqlim dəyişmələri ilə mübarizədə bizim kimi həssas ölkələrin bu köməyə ehtiyacı var”.

Yaqut Ağaşahqızı, “İki sahil”