22 noyabr 2024 23:58
88

Şəhidin doğum günü qeyd olunub

44 günlük haqq savaşımızda yağıya qarşı döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalan  minlərlə Vətən qeyrətli  oğullardan biri də Samir Hüseynovdur. Vətən sevdalısının 30 yaşı adına layiq qeyd olundu.

Samir Əlizadə oğlu Hüseynov 1994-ci il  Lerik rayonunun Vov kəndində anadan olub.  Orta məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında ordu sıralarına çağırılıb. Gəncədə yerləşən "N" saylı hərbi hissədə Vətənin keşiyində durub. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət orada  işləyib. 2016-cı ildə könüllü olaraq yenidən orduya qayıdıb və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlayıb.

Vətən müharibəsi zamanı  qəhrəman  Samir Hüseynov Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci ildə noyabrın 10-u Şuşa istiqamətində erməni dığaların  xeyli zabitini məhv edərək qeyri-bərabər  savaşda şəhadətə qovuşub. Şərəfli ölümü ilə özünə ürəklərdə adidə ucaldan  Samir Hüseynov  ölümündən sonra dövlət tərəfindən III dərəcəli “Vətənə xidmətə görə” ordeni  və "Vətən uğrunda", Şuşanın, Cəbrayılın, Xocavəndin, Füzulinin  azadlığına görə  medalları  ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü