Mən Zambiyadan olan iqlim jurnalistiyəm və Zambiya Milli Yayım Korporasiyası- ZNBC TV-də işləyirəm. Bakıda keçirilən COP29-da iştirak etdim və bu beynəlxalq konfransın təşkilatçılığını çox bəyəndim.
Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Zambiyalı nümayəndə Mary Kasoka Mwiikisa söylədi.
O qeyd etdi ki, Bakı gözəl və təmiz şəhərdir, insanları isti və mehribandır: "Yeməklər çox dadlıdır. Konfransdakı insanlar ingilis dilində yaxşı danışırdılar, ona görə də onlarla ünsiyyət qurmaq asan idi. Mən evə Bakı və COP29-la bağlı xoş xatirələrlə qayıdıram. Hər şey üçün təşəkkürlər, Azərbaycan!"
Yaqut Ağaşahqızı, “İki sahil”