BMT-nin italyalı 4 sülhməramlısı Livanın cənubundakı mövqelərinə döyüş mərmiləri düşməsi nəticəsində yaralanıb.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bəyanatında deyilir.
“Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb, nəticədə 4 italyan sülhməramlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən həyatları təhlükə altında deyil”, - bəyanatda vurğulanıb.