23 noyabr 2024 12:45
74

PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab

Fransa Futbol Federasiyası (FFF) PSJ-nin keçmiş Paris hücumçusu Kilian Mbappeyə 55 milyon avro məbləğində maaş və bonusların ödənilməməsi ilə bağlı qərara qarşı apelyasiya şikayəti ilə bağlı qərarı məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb. FFF PSJ-nin şikayətini rədd edib.

Oktyabrın 25-də eyni qərarı Fransa Peşəkar Futbol Liqası (LFP) verib. Qurum paytaxt klubunu futbolçuya tələb olunan məbləği ödəməyə məcbur edib.

Bundan əvvəl Mbappe PSJ ilə köhnə müqaviləsinə görə klubun ona 55 milyon avro ödənilməməsi ilə bağlı LFP və UEFA-ya müraciət etmişdi.

Forvard 2018-2024-cü illərdə PSJ-də çıxış edib. Ümumilikdə o, PSJ-nin heyətində 308 oyuna çıxıb, 256 qol vurub və 108 qolun ötürməsini verib. Ötən yay Mbappe azad agent kimi "Real"a keçib.