23 noyabr 2024 17:31
88

Biz milyardlarla yox, trilyonlarla maliyyə istəyirik - Muhammed Lamin Saidixan

"Maliyyənin 250 milyard dollar olduğunu görmək biabırçılıqdır".

Bu fikirləri “İki sahil”ə açıqlamasında qlobal insan və ətraf mühit hüquqları müdafiəçisi Muhammed Lamin Saidixan deyib.

O, bildirib ki, Qlobal Cənub üçün bu məbləği qəbul edə bilməzlər:"Biz iqlim böhranının ağır yükünü daşıyırıq. İqlim böhranını həll etmək üçün çox maliyyə tələb olunur. Qlobal Şimal bunu təşkil və təmin etməlidir. Biz milyardlarla yox, trilyonlarla pul istəyirik. Milyard çox xırda bir rəqəmdir. Bizim ehtiyacımız bundan da çoxdur. Qlobal Cənub cüzi məbləğ öhdəliyi götürə bilməz, çünki bu iqlim böhranını həll edə bilmir. İqlim böhranını həll edə biləcək hər hansı bir lazımi məbləği və ya hər hansı keyfiyyət məbləğini, kəmiyyəti təmin etmədiyiniz halda, pul verilmiş kimi davranmaq riyakarlığına yol verə bilmərik".

Müdafiəçi qeyd edib ki, danışıqların son saatları liderlik, qərar vermək tələb edir: "Ümid edirik ki, Avropa Birliyi və digərləri kimi, şimal ölkələri də Qlobal Cənubdan və fəalların masaya pul qoymaq çağırışlarını eşidəcəklər.

ABŞ və digərləri - iqlim dəyşikliyinə görə məsuliyyət daşıyan bütün bu zəngin ölkələr masaya pul qoyacaqlar.

Biz ümid edirik ki, onlar fəryad səsimizi eşidəcəklər. Biz ağlamırıq, yalvarmırıq. Bu xeyriyyə deyil, insanların həyatı və dolanışıq haqqıdır. Məhz bu səbəbdən pullar masaya qoyulmalıdır".

Yaqut Ağaşahqızı, “İki sahil”