25 noyabr 2024 00:21
75

Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda Marçel Çiolaku üstünlük qazanıb

Rumıniyada bazar günü keçirilən prezident seçkilərinin ilk turunda Sosialistlər Partiyasının (PSD) namizədi hazırkı Baş nazir Marçel Çiolaku 25 faiz səs toplayıb, USR-nin namizədi Elena Laskoni 18 faiz, müstəqil namizəd Kalin Corcesku isə 16 faiz səs əldə edib. Bu nəticələr CURS, AVANGARDE və CIRA sosial sorğu institutları tərəfindən hazırlanmış exit-pollara əsaslanır.

“İki sahil” xəbər verir ki, səsvermə nəticələrinə əsasən, növbəti sıralamada olan namizədlər:

∙ Corge Simion (AUR) – 15 faiz

∙ Nicolae Çiuka (PNL) – 14 faiz

∙ Mirçea Coană (Müstəqil) – 5 faiz

∙ Kelemen Hunor (UDMR) – 4 faiz

∙ Kristian Diakonescu (Müstəqil) – 2 faiz

∙ Digərləri – 1 faiz qazanıblar.

Bildirilir ki, verilən məlumatlar yalnız yerli seçki məntəqələrindəki nəticələrə aiddir və xaricdəki məntəqələr bu sorğularda nəzərə alınmayıb.