25 noyabr 2024 13:23
63

Bu, çox çətin danışıqlar sayəsində mümkün oldu - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kursk vilayətinin 46 sakininin Ukraynadan qayıtması “çox çətin danışıqlar” sayəsində mümkün olub.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, vurğulayıb ki, hakimiyyət Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Ukraynaya aparılan rusların geri qaytarılması üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölgənin sərhəd bölgəsinə hücumunda sonra Ukraynaya aparılan Kursk vilayətinin 46 sakini Rusiyaya qayıdıb.

“Belə razılaşmalar çox çətin danışıqların nəticəsidir. Bu mürəkkəb danışıqlar müəyyən kanallarla aparılıb və davam edir. Bütün vətəndaşlarımızın öz vətənlərinə qayıtmasını təmin etmək üçün mümkün olan hər şey edilir”, - deyə, Peskov bildirib.