YAP Sumqayıt şəhər təşkilatının bir sıra ərazi partiya təşkilat sədrləri Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və yubileyləri münasibətilə təltif olunublar.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş və ətraflı danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü-gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan ərazi partiya təşkilatı sədrlərinin fəaliyyətinin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Çıxış edən ərazi partiya təşkilat sədrləri onlara göstərilən diqqətə və etimada görə təşəkkürlərini bildiriblər və onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını qeyd ediblər.
Sonda ƏPT sədrlərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.