Cənubi Koreyada Azərbaycanın turizm potensialı və turizm sahəsindəki imkanları təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş, ölkənin turizm potensialı, üstünlükləri və imkanlarının təqdimatına həsr olunmuş tədbirdə salamlama nitqi ilə çıxış etməkdən məmnun oldum. Əminəm ki, Azərbaycan və Koreya Respublikası arasında turizm sahəsində əməkdaşlıq yaxın illərdə inkişaf edəcək və tükənməz ilham mənbəyinə çevriləcək", - məlumatda qeyd olunub.