25 noyabr 2024 14:09
127

Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar? - VİDEO

Mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bu proses Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun Mediasiya Şurası ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Belə ki, Vahid Məhkəmə Portalında “Mediatorlar” bölməsi yaradılıb. Artıq vətəndaşlar mediatorlar və mediasiya təşkilatları barədə məlumatları “Vahid Məhkəmə Portalı”ndan əldə edə bilərlər. Həmçinin mediasiya prosesində iştirak üçün elektron formada müraciət edə və Mediasiya Şurasının hesabatları ilə tanış ola bilərlər.