Graham Bailey 104 yaşında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, 104 yaşında vəfat edən futbolçu Qraham Beyli dünyanın ən yaşlı futbolçusu idi.
Qeyd edək ki, Q.Beyli peşəkar karyerasına 1937-ci ildə, 17 yaşında olarkən "Haddersfild"də başlayıb. Keçmiş müdafiəçi 1948-ci ildə "Şeffild Yunayted"ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib. Karyerasına mərkəz müdafiəçisi kimi başlayan futbolçu çox yönlü olması ilə tanınıb və vaxtının çoxunu meydançanın hər iki tərəfində oynamağı bacaran müdafiəçi kimi keçirib.