25 noyabr 2024 18:31
79

İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ağdaş şəhərində vətəndaşları qəbul edib.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ağdaş şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.