Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Kaan Ayhan zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçinin əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, o, Superliqanın XIII turunda "Bodrumspor"a qarşı keçirilən matçda sıradan çıxıb.