26 noyabr 2024 19:08
83

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda - ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şprisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

“İki sahil” xəbər verir ki,  Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.