27 noyabr 2024 10:24
63

"Bavariya"nın müdafiəçisi rekordu təkrarlayıb

Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Kim Min-Ce Rusiya təmsilçisi "Rubin"in baş məşqçisi Rəşid Rəhimovun UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunda PSJ ilə matçda Münhen təmsilçisinin yeganə qolunu vuran 28 yaşlı cənubi koreyalı oyunçu Fransa klubunun qapısından top keçirən ikinci asiyalı futbolçu olub.

Tacikistandan olan R.Rəhimov indiyə qədər ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı futbolçu idi. O, bunu 1994-cü ildə "Spartak"ın (Rusiya) heyətində oynayarkən həyata keçirmişdi. Moskvada baş tutan görüş "qırmızı-ağlar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Qeyd edək ki, Almaniyada keçirilən "Bavariya" - PSJ matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.