Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 793 319 min manat təşkil edib, bu da illik müqayisədə 2,5% azdır.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 813 480,7 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 28 859,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,1% azdır. Nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21 681,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,34% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.