Fəaliyyətdə olan bankların cəmi aktivləri bu ilin yanvar-oktyabr aylarında 1,1% artaraq 49,697.8 mln. manata çatıb. İlin əvvəlində bu rəqəm 49,178.2 mln. manat təşkil edib.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sektorun cəmi öhdəlikləri bu dövrdə 43,254.6 mln. manata, balans kapitalı isə 6,443.2 mln. manata bərabər olub.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27,080.5 mln. manat olub. Kredit portfelinin 54%-ni (14,628.1 mln. manat) biznes kreditləri, 30.6%-ni istehlak kreditləri (8,277.8 mln. manat) və 15.4%-ni ipoteka kreditləri təşkil edib.