Azərbaycanda 130 min şəhid ailəsi dövlətin dəstək proqramları ilə əhatə olunub.
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, təkcə 16 min şəhid ailəsi evlə təmin edilib.
Bundan başqa, nazir deyib ki, 7,7 min müharibə əlilinə avtomobil verilib.
"Müharibə iştirakçılarından 24 mini məşğulluğa cəlb edilib, 12 mininə mikro təsərrüfatlar yaradılıb. 20 mindən çox müharibə əlili, şəhid ailəsi üzvü işlə təmin edilib. 68 min nəfərə rebiltasiya xidməti göstərilib", - deyə S.Babayev əlavə edib.