27 noyabr 2024 12:54
71

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər saxlanılıb

Türkiyə Silahlı Qüvvələri (TSK) tərkibində FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, Türkiyənin İzmir şəhər Cümhuriyyət Baş Prokurorluğunun terror cinayətləri araşdırma bürosu tərəfindən aparılan tədqiqat nəticəsində FETÖ ilə əlaqəsi olması şübhəsi ilə 25 nəfərin saxlanılmasına qərar verilib. Bununla bağlı Türkiyədə aparılan genişmiqyaslı əməliyyat nəticəsində şübhəlilərdən 22-si saxlanılıb. Əməliyyatlar İzmirlə yanaşı, İstanbul və Ankara da daxil olmaqla, 11 vilayətdə icra aparılıb. Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyat davam edir.

Araşdırılanlar arasında Türkiyə Silahlı Qüvvələri tərkibində terrorçular tərəfindən yaradılan qruplaşmada yer alan, hazırda vəzifədə olan və 2016-cı ildə ölkədə baş verən çevriliş cəhdindən sonra təşkilatla əlaqəsi kəsilən hərbçilər də var.