ABŞ yaxın günlərdə Qəzzada atəşkəs əldə etmək təşəbbüsə başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden “X” platformasındakı paylaşımında bildirib.
“Yaxın günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digər ölkələrlə birlikdə Qəzzada atəşkəs əldə etmək, girovların azad edilməsi və müharibənin HAMAS-sız sona çatması məqsədilə yeni bir təşəbbüsə başlayacaq”, - Bayden qeyd edib.