Mərkəzi Seçki Komissiyasının (MSK) sədri hesab edir ki, yanvarın 29-a təyin edilən yeni bələdiyyə seçkilərində partiyaların üzvləri fəal iştirak etməlidirlər.
“İki sahil” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında M.Pənahov qeyd edib ki, bu istiqamətdə fəal olmaq lazımdır.
"Siyasi partiyaların seçkilərdə iştirakının üzərində dayanıram. Bu gündən o istiqamətdə fəal olmalısınız, partiyaların seçkilərdə iştirakı ilə bağlı iş aparmaq lazımdır" - deyə, o bildirib.