UEFA Avropa Liqasında Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə “Tottenhem” və “Roma” arasında baş tutacaq.
“Mançester Yunayted” də evdə oynayacaq. Ruben Amorimin komandası Norveçin “Budyo Qlimt” klubu ilə üz-üzə gələcək.
Türkiyə klublarından “Qalatasaray” səfərdə AZ-ın (Niderland), “Fənərbağça” “Slaviya”nın (Çexiya) qonağı olacaq. “Beşiktaş” isə Macarıstanda “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.
“Qarabağ”ın Liqa mərhələsindəki digər rəqibləri FKSB (Rumıniya) və “Olimpiakos” (Yunanıstan) isə Rumıniyada üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
V tur
28 noyabr
21:45. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
21:45. AZ (Niderland) - “Qalatasaray” (Türkiyə)
21:45. “Qarabağ” (Azərbaycan) - “Lion” (Fransa)
21:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Viktoriya” (Çexiya)
21:45. “Atletik” (İspaniya) - “Elfsborq” (İsveç)
21:45. “Anderlext” (Belçika) - “Portu” (Portuqaliya)
21:45. “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. RFS (Latviya) - PAOK (Yunanıstan)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Budyo Qlimt” (Norveç)
00:00. “Tottenhem” (İngiltərə) - “Roma” (İtaliya)
00:00. “Slaviya” (Çexiya) - “Fənərbağça” (Türkiyə)
00:00. “Real Sosyedad” (İspaniya) - “Ayaks” (Niderland)
00:00. “Braqa” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya)
00:00. “Ferentsvaroş” (Macarıstan) - “Malmö” (İsveç)
00:00. "Midtyullann" (Danimarka) - “Ayntraxt” (Almaniya)
00:00. “Nitsa” (Fransa) - “Reyncers” (Şotlandiya)
00:00. “Tvente” (Niderland”) - “Yunion” (Belçika)
00:00. FKSB (Rumıniya) - “Olimpiakos” (Yunanıstan)
Qeyd edək ki, Liqa mərhələsində VI tura dekabrın 11-də start veriləcək.