Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, 18 matçın hamısı eyni gündə oynanılacaq.
Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Lion”u qəbul edəcək. Görüş saat 21:45-də başlayacaq.
Türkiyə klublarından “Beşiktaş” “Makkabi” (Tel-Əviv) ilə qarşılaşacaq. “Qalatasaray” “AZ Alkmaar”la, “Fənərbaxça” isə “Slaviya” ilə üz-üzə gələcək.
28 noyabr
21:45. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
21:45. "AZ Alkmaar" (Niderland) - “Qalatasaray” (Türkiyə)
21:45. “Qarabağ” (Azərbaycan) - “Lion” (Fransa)
21:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Viktoriya” (Çexiya)
21:45. “Atletik” (İspaniya) - “Elfsborq” (İsveç)
21:45. “Anderlext” (Belçika) - “Portu” (Portuqaliya)
21:45. “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. RFŞ (Latviya) - PAOK (Yunanıstan)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Bodo Qlimt” (Norveç)
00:00. “Tottenhem” (İngiltərə) - “Roma” (İtaliya)
00:00. “Slaviya” (Çexiya) - “Fənərbaxça” (Türkiyə)
00:00. “Real Sosyedad” (İspaniya) - “Ayaks” (Niderland)
00:00. “Braqa” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya)
00:00. “Ferentsvaroş” (Macarıstan) - “Malmö” (İsveç)
00:00. "Midtyullann" (Danimarka) - “Ayntraxt” (Almaniya)
00:00. “Nitsa” (Fransa) - “Reyncers” (Şotlandiya)
00:00. “Tvente” (Niderland”) - “Yunion” (Belçika)
00:00. FKSB (Rumıniya) - “Olimpiakos” (Yunanıstan)